Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı - ən yaxşı halda 2022-ci il...

"COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq".

"Report" xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütovlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək“, - o suala cavabında bildirib.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır.

Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - o deyib.