“Livepul” səfərdə “Çelsi”ni iki cavabsız qolla məğlub etdi

Bu gün İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.

“Çelsi” klubu öz meydanında son çempion “Liverpul” komandasını qəbul edib.

Görüş “Liverpul” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu Sadio Mane vurub.

Xatırladaq ki, Premyer Liqanın birinci turunda “Liverpul” öz meydanında “Lids”i 4:3, “Çelsi” isə səfərdə “Brayton”u 3:1 hesabı ilə məğlub edib.