Orduya çağırışla bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Dövlət Xidmətindən Lent.az -a verilən xəbərə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”.