Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şamaxı rayonunun Qızmeydan kəndi yaxınlığında qanunsuz ov edən şəxslər saxlanılıb.

Bunu Oxu.Az-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Xamis İsayev, Şamaxı rayon sakinləri Habil Əliyev, Tofiq Məhərrəmov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.