Xəzər dənizində kruiz turizmi təşkil oluna bilər

Gələn ildən etibarən Xəzər dənizində kruiz turizminin həyata keçirilməsi nəzərdə tutulur.
"APA-Economics" "Yujnaya Volnaya" istinadən xəbər verir ki, layihəyə dair müzakirələr Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Moskvada Xəzəryanı ölkələrin Rusiyadakı səfirləri ilə görüşü zamanı aparılıb.

Görüşdə turizm sektorunda əməkdaşlıq çərçivəsində Xəzəryanı dövlətlərlə birbaşa uçuşların bərpasına da xüsusi diqqət yetirib.

İ. Babuşkin Azərbaycan, Qazaxıstan və Türkmənistanın diplomatik nümayəndəliklərinin rəhbərlərini Həştərxanda keçiriləcək "Xəzər media forum – 2020" tədbirinə qatılmağa dəvət edib.