“Düşmən strateji enerji layihələrimizə təhdid yaratmaq istəyir" - “Əlləri” kəsiləcək ! 

“Çünki bu layihələr Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutur”


“İşğalçı ölkə bölgədə gərginliyi yaradıb, inkişaf etdirmək üçün hərbi baza rolunu oynayır. O, faktiki olaraq xarici qüvvələrin oyuncağıdır”



Bir neçə gün əvvəl Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində vacib məsələlərə toxunub. O, həmçinin Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını bildirib: “Dövlət başçısı vurğulayıb ki, Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, məzlum, yazıq xalq imici düzəltməkdir, ondan-bundan imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. “Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur? Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur”.

Bu barədə “Sherg.az” fikrini bildirən millət vəkili Asim Mollazadənin sözlərinə görə, düşmən təxribatları məqsədsiz deyil:


“Ermənistan bölgədə gərginliyi yaradıb, inkişaf etdirmək üçün hərbi baza rolunu oynayır. O, faktiki olaraq xarici qüvvələrin oyuncağıdır. Ermənistan regionda stabilliyi pozmaq istəyir. Məqsəd isə Azərbaycanın strateji enerji layihələrinə təhdid yaratmaqdır. Çünki bu layihələr Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutur”. 

A.Mollazadə son günlər baş verən hadisələrə də toxunub:

“Ermənistan müharibəyə hazırlaşır. Çünki Paşinyan vaxtı ilə verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. İndi də bu yolla insanların fikrini yayındırmaq istəyir. Orta Şərqdən terrorçuların Ermənistan ordusuna cəlb edilməsi onların niyyətlərindən xəbər verir. Ancaq cənab Prezidentin də dediyi kimi, Azərbaycanın ən böyük dəyəri onun müstəqilliyidir. Odur ki, Azərbaycana qarşı uzanan əllər kəsilməlidir”.