İbrahim Borçalı oğlundan DANIŞDI: “Mən Rəhimi şəhid kimi görürəm”

Bir neçə ay öncə oğlu Rəhimi faciəvi şəkildə itirən tanınmış müğənni İbrahim Borçalı ilk dəfə danışıb. O bu gün “Elgizlə izlə” verlişinə telefonla qoşulub.
“Sherg.az” xəbər verir ki, sənətçi oğlunun ölümündən ürək ağrısı ilə bəhs edib:
“Həyat çox acımasızdır. Mən oğlumu tanımadım, beş ilə yaxındır üzünü görmürdüm. Tətil vaxtları gələrdi, deyirdim, Rəhim, sən evdə ol, mən gedim işimin dalınca. Yəni onu tanımamışam. Bu qədər özünə necə hörmət qazanıb. “Adnan Menderes” universitetində dekana kimi hamı matəm elan elədi.  İnanın son illər oğlumla çox ünsiyyətdə olmadım, adam bilmir ki, başına nə gələcək.

Bir də onu deyim ki, maşını sürən özü olsa, bu qədər yanmazdım. Saytlar yazıblar ki, ona maşın almışam. Yox! Heç özü istəmirdi. İki il qabaq imtahan veri,b sürücülük vəsiqəsi almışdı. Yollar bağlananda yoldaşımla oğlum Gürcüstanda qeydiyyatda olduqları üçün orda qaldılar.

Gəlməyinə bir- iki gün qalmışdı. Günorta saat 1-ə qədər yatan uşaq səhər 10-da yuxudan ayılır.  Böyük qardaşım da soruşur ki, hara gedirsən səhər-səhər? Deyir rayona gedib, gələcəm.

Gedəndə qardaş oğlu, bacı oğlanları işdə olur. O biri bacım oğlu da deyib gözlə yarım saata gəlirəm, aparacam. Qonşunun uşağı da işə gedirmiş. Hər gün 7-də işə gedən adam, yatıb qalıb saat 10-a.

Gedəndə Rəhimi görür, soruşur hara gedirsən deyir Marneula və bu da oturur maşına. O da çox sürətli sürən uşaq imiş. Özü də öldü, mənim uşağımı da apardı getdi. Rəhimin 21, onun 20 yaşı var idi. Qonşudur, valideynlərini tanıyıram. Amma özü eşitdiyimə görə çox pis maşın sürürmüş. Ona görə hələ də mənə çatmır, şokdayam. Niyə belə oldu, niyə onun maşınına oturdu?! ”

Aparıcı Elgiz Əkbərin“İbrahim, bilmirəm bundan sonra sənətdə olacaqsan ya yox. Amma çox istərdim ki, fəaliyyətini davam etdirəsən. Bu mənim fikrimdir. Çünki evdə otursan,dərdinə qapansan, xəstələnəcksən. Sənin nəvələrin də gələcəkdə bunu istəmirəm. İstəyirəm ki, sən həyatla mübarizə aparsan. Bu tüstü tək sənin ocağından çıxmayıb...” təsəllisini İ.Borçalı belə cavablanıdırıb:

“Elgiz, səni istədiyimdən ilk dəfə efirə qoşuldum. Nə qədər efirlər zəng vurub. Dedim ki, hazır deyiləm. Demək olar 40 gün yatmadım.  Allah bilir nə günə düşdüm. Qızımın 17 yaşı var. Düşündüm ki, ona görə ayaq üstə durmalıyam.

Efirə də qoşulmağımın səbəbi var. Yazırlar niyə maşın almısan? Mən ona maşın almamışdım. Çox adam elə bilir özü sürürmüş. Keçən il bu vaxt Rusiyaya  getdim. O da bacısını götürdü Batumdan Trabzona aparırdı. Çox yaxşı, ehtiyatlı sürürdü. Rol özündə olsa idi, heç vaxt belə şey olmazdı. Yazanlar bilsin ki, maşını oğlum sürməyib. Tovuz hadisələri ona çox təsir edib.

Mənimlə o qədər danışmırdı, bacanağıma deyirmiş. Komandir dostumuz var. Ona səs atıb ki, qeydiyyatdan keçmişəm, müharibəyə gedəcəm. Çox vətənpərvər idi. Mən Rəhimi  şəhid kimi görürəm. Oxuduğu universitetdə heç kim onun yanında erməni musiqisinə qulaq asa bilməzmiş.Bunları sonradan eşitmişəm”.