Dövlət Komitəsinin şöbə müdiri işdən çıxıb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 4-cü Ərazi şöbəsinin müdiri (Gürcüstan və Türkdilli dövlətlərlə iş şöbəsi) Anar Rəsulov işdən çıxıb. 
“Report”un əldə etdiyi məlumata görə, o öz ərizəsi əsasında vəzifədən azad olunub.
A.Rəsulov Xarici İşlər Nazirliyində (XİN) diplomatik fəaliyyətə başlayıb və Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifəyə təyin olunub. O artıq Tbilisiyə gedib və vəzifəsinin icrasına başlayıb. 
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edillib.
F.Quliyev səfir təyin olunana qədər Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışıb.