Tolikdən Mikayıla ATMACA: “Onun repə, caza qulaq asmasına inanırsınız?!”

Bu gün tanınmış aparıcı Mikayıl Güləddinoğlunun sözləri sosial şəbəkələrdə gündəm olub. Aparıcı  maşınında verlişindəkilərdən tamam fərqli musiqilərə qulaq asdığını söyləyib:
“Məsələn maşınıma birinci dəfə əyləşən hamı təəccüblənir. Çünki görürlər ki, avtomobillimdə Nino Rotanı, repi, cazı, simfoniyanı dinləyirəm. Bu onlara qəribə gəlir. Anlamırlar ki, ekranda mən başqayam, həyatda isə tam fərqliyəm.

O mənim işimdir, bu isə ruhum. Ya da ki, evə çox yorğun gedəndə dərhal Markesdən bir-iki səhifə oxuyuram, sonra öz-özümə Ramiz Rövşəndən şeir deyib rahatlaşıram. Bir sözlə  efirdəki sintezator, "toyxana" səsi mənim işimdir. O ruhum ola bilməz”.

Aparıcının bu sözləri müzakirələrə səbəb olub. Onun həmkarları da məsələyə münasibət bildirib.

“Sherg.az” xəbər verir ki, tanınmış aparıcı, prodüser Tarix Əliyev(Tolik) də İnstaqram səhifəsində mövzü ilə bağlı bunları yazıb:

“Şəxsən nə rep, nə də “jazz” dinləyirəm. Nə yalan deyim. Hamı necə mən də elə”.
Tolik sonda ənənəsinə sadiq qalaraq sorğu keçirib. O, izləyicilərinə  “Mikayıl repə, caza qulaq asır. İnandız , ya  yox” deyə sual ünvanlayıb.