Kəlbəcərdən Emənistana yol !- “Onu dağıtmalıyıq !”

Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı torplaqlarında infrastuktur layihələrini davam etdirir. Bu dəfə Qarabağı Ermənistanla birləşdirən Vardenis-Ağdərə yolunu işğal olunmuş Kəlbəcər rayonunu mərkəzi ilə birləşdirəcək yolun tikintisinə başlanılıb.


17 kilometr uzunluğunda yolun asfatlanması 2021-ci ilin əvvəllərinə qədər başa çatacaq. Tikinti işləri Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyanın iştirak etdiyi tədbirdən sonra başlayıb.
 
Bundan başqa, Kəlbəcər rayonunun Qızılqaya kəndindən Vardenis-Ağdərə yoluna birləşən 3,2 kilometrlik yol da asfaltlanaraq nəqliyyatın hərəkətinə açıq elan olunub.

Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas bu barədə fikirlərini “Sherg.az”a bildirib:

“Bilirəm, xəbərim var. Fotoları görmüşəm. Keşişləri də qabaqda gedir. Dağlıq Qarabağdan Ermənistana 3-4 yerdən yol çəkirlər.  Nə deyim? Ermənilər öz işlərini görürlər. Biz də öz işimizi görməli, həmin yolları dağıtmalıyıq”.