76 ildən sonra üzə çıxdı

10 heyət üzvü ilə birlikdə radarlardan itən təyyarənin qalıqları buzlaqların əriməsi ilə tapılıb

İkinci Dünya müharibəsi dövründə İslandiyada qəzaya uğrayan ABŞ-ın "B-17" bombardmançı təyyarəsinin dağıntıları 76 ildən sonra buzlaqların əriməsi ilə üzə çıxıb.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, hadisə 1944-cü il sentyabrın 16-da baş verib. 10 heyət üzvü ilə birlikdə radarlardan itən təyyarənin qalıqları iqlim dəyişikliyi səbəbindən  "Eyjafjallajokull"da buzlaqların əriməsi nəticəsində aşkar edilib. Həmin qalıqlar ərazini araşdıran yürüyüşçülər tərəfindən tapılıb. 
Mövzu ilə əlaqədar açıqlama verən İsafjorur kəndinin keçmiş bələdiyyə başçısı Guomundur Gunnarsson buranın gələcəkdə bir turizm sahəsi olacağını bildirib: "Buzlaqlar əridikdən sonra bir qrup yürüyüşçü tərəfindən təyyarənin qalıqlarını tapılıb. Yerli sakinlər onların buradan götürülməsini istəmir. Düşünürük ki, gələcəkdə buranı bir turizm bölgəsinə çevirək və gələn ziyarətçilərə həmin qəzanın tarixini danışaq".