Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb

Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində həmkarı David Zalkaliani ilə görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyində baş tutan görüşdən sonra mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, nazir C. Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.