Heydər məscidində futbol oynadılar? - TƏKZİB OLUNDU + VİDEO

“TikTOK sosial şəbəkəsində bir qrup gəncin Heydər məscidində guya futbol oynamasını əks etdirən videogörüntü yayılıb.
"Sherg.az" məsələ ilə bağlı Heydər məscidi ilə əlaqə saxlayıb.

Məscidin axundu Hacı Rüfət Qarayev bildirib ki, həmin görüntülərin Heydər məscidi ilə heç bir əlaqəsi yoxdur:

“Videoda gördüyünüz görüntü Heydər məscidi adı ilə paylaşılsa da, bura nəinki Heydər məscidi, hətta Azərbaycandakı heç bir məscidə aid deyil.

Məscidin kollektivi adından bu kimi addımları pisləyir, Azərbaycan dindarlarının və eyni zamanda dindar olmayan insanlarının da hər zaman məscidlərimizin ehtiramını saxladığını bilirik”.