İranda koronavirusdan ölənlərin sayı 25 mini ötdü

İranda son sutka ərzində koronavirusdan (COVID-19) 175 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 25 015 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 3 521 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 436 319 nəfərə çatıb.