Qubada alma yığmağa gələn qadını maşın vurub öldürdü

Quba rayonunda qadını avtomobil vurub. 
Report-un məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, “Hyundai” markalı avtomobil Qubanın Amsar kəndindən Alekseyevka kəndinə alma yığmağa gələn qadını vurub.
Nəticədə, qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.