Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” - Ermənilərlə əlaqəsi var ?

“ “Mamajon” Orta Asiya adına oxşayır. “Foqalyan” isə, ümumiyyətlə, yolverilməzdir”

“Bu restoranı işlədənlərin, çox güman, ermənilərlə əlaqəsi var”

“Təəssüf ki, bəzi məmurların qohum-əqrəbası vasitəsilə düşmənlərə yol açıqdır”



Paytaxtda fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektləri, o cümlədən kafe və restoran adları ilə bağlı neqativ, xoşagəlməz tendensiya çoxlarına məlumdur. Heç kimə sirr deyil ki, bəzi sahibkarlar milli, tarixi yaşadan adlardan çox, əcnəbi isimlərə üstünlük verirlər. Həmin adların mənasını anlamaq üçünsə gərək şəhərdə əlimizdə lüğətlə gəzək...



 Amma bu dəfəki mənzərə lap ağ oldu. Şəhərin iki mərkəzi yerindəki restoran adlarını sakinlər, sosial şəbəkə istifadəçiləri ikrahla qarşılayıblar. Belə ki, “Mamajon” və “Foqalyan” adlı restoranlar insanın ağlına fərqli fikirlər gətirir. 


 
Məsələ barədə “Sherg.az”a münasibət bildirən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı belə hallara qarşı ciddi mübarizənin tərəfdarıdır:

“Hər iki obyektin sahibi, onların nə məqsədlə fəaliyyət göstərməsi araşdırılmalıdır. “Mamajon” Orta Asiya adına oxşayır. “Foqalyan” isə, ümumiyyətlə, yolverilməzdir.

Bu restoranı işlədənlərin, çox güman, ermənilərlə əlaqəsi var.

Təəssüf ki, bəzi məmurların qohum-əqrəbası vasitəsilə düşmənlərə yol açıqdır.

Bir daha deyirəm, belə hallar yolverilməzdir və ciddi araşdırma aparılmalıdır”.