Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK

“Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyənləşdirilə bilər”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, hələlik həmin şəxslərin sayı barədə məlumat yoxdur:
“Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq”. 
M.Abbaszadə əlavə edib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək:
“Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.