Ermənistanda koronavirusdan 3 nəfər də öldü

Ermənistanda son sutka ərzində 374 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 48251 nəfərə çatıb.
Son sutkada Ermənistanda koronavirusdan 3 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 945 nəfərə çatıb.