Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır

Türk Hava Yolları 2 oktyabr 2020-ci il tarixindən etibarən Ankara-Bakı və Bakı-Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşlar çərşənbə və cümə olmaqla həftədə iki dəfə planlanıb və “AnadoluJet” markası ilə həyata keçiriləcək.
Türk Hava Yollarından verilən məlumata görə, Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq.
Bakı – Ankara – Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarında tələbə endiriminin keçərlidir. 
Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar da davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.