Burda hər kəs 100 ildən çox yaşayır - Əsrlərdir çözülmür

İtaliyanın Sardiniya adası dünyada yüz yaşını keçən insanların ən çox yaşadığı yer kimi tanınır. 
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, "Mavi Xətt" adlanan bu bölgə uzun ömürlülüyün sirrini daşıyır. Bəs, İtaliyada, xüsusən Aralıq dənizi adalarındakı insanların bu qədər uzun yaşamasının sirri nədir? 

Alim David Robson adanın bu hissəsində uzunömürlülüyün sirlərini araşdırır. Robsonun əsas məqsədi bu sirri açmaqdır. Adanın yeməkləri, sosial həyatı və bir çox digər mövzularda tədqiqatlar aparan Robson Sardiniyada həyat iksirini araşdırır. Xüsusilə də, Sardiniya adasında yerləşən Arzana qəsəbəsi yüz yaşını keçmiş insanların ən çox yaşadığı məkandır.



Bu kiçik qəsəbə müstəqil bir yaşayış məntəqəsidir. Tədqiqatlar Sardiniya adasında yüz yaşdan yuxarı insan sayının çox olmasını bölgənin təcrid olunmağı  bacarması ilə əlaqələndirir. Əlbəttə ki, bu təcrid son vaxtlar gündəmdə olan koronavirus  xəstəliyi ilə əlaqəli deyil.

Daha geniş mənada və çox uzun illər boyu yayılan bir təcriddir. Təcrid bölgə insanlarının genetik kodlarında digər bölgələrə nisbətən fərqlilik və ayrılığı da özü ilə birlikdə gətirib. Ancaq regional təcrid bu uzun ömrün sirrini izah etmək üçün kifayət deyil. Çünki dünya üzərində minlərlə ada var. Üstəlik, bir çoxu üçün orta ömür Sardiniyanın ömrünün yarısı qədərdir. 

Robsonun araşdırmasına görə, bu məqamda mədəni amillər və həyat vərdişləri də meydana çıxır. Tədqiqatlar göstərir ki, ümumiyyətlə,  Sardiniyada yalnız qadınlar deyil, kişilər də uzunömürlüdür.

Şübhəsiz ki, burada hər kəs üçün Aralıq dənizi pəhrizi vacib bir amildir. Üstəlik, bu coğrafi məkanda ortalama ömrün 40-50 il olduğu 17-18-ci əsrlərdə belə 100 yaşdan yuxarı insanlar yaşayıb.