Azərbaycanda nazirlikdən ehtiyat kadr hazırlığı ilə bağlı VACİB ADDIM

“Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeyri-dövlət quruluşu sahəsində də karyera yüksəlişi ilə bağlı qaydalar təsdiq olunacaq”.
Bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.
O qeyd edib ki, bu qaydalar ehtiyat kadrların formalaşdırılması üçündür:
“Qaydalar, demək olar ki, yekunlaşmaq mərhələsindədir. Burada prioritet vəzifələrin müəyyənləşdirilməsi, onlara davamçıların hazırlanması, təcrübə və inkişaf proqramlarının qaydaları olacaq”.