İranda daha 207 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 207 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 25222 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4023 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 439882 nəfərə yüksəlib.
O əlavə edib ki, İranda indiyədək 369842 nəfər koronavirusdan sağalıb.