Tək yaşayırdı 79 yaşlı qarının evindən 169 min çıxdı

İki yük maşını zibilin çıxdığı bir evdən  169 min lirə tapılıb.
"Sherg.az" xəbər verir ki, hadisə Türkiyənin Aydın bölgəsində baş verib. Aydının Nazilli qəsəbəsində qonşular tək yaşayan 79 yaşlı  N.A-nın evindən pis qoxu gəlməsi barədə polisə şikayət edib. Polislər baxış  zamanı evin yararsız əşyalarla və tullantılarla dolu olduğunu aşkar edib. Nazilli Bələdiyyəsi Təmizlik Xidmətlərinin apardığı təmizlik zamanı evdən  təxminən iki yük maşını zərb alətlərində və qalay qutularda banknotlar və sikkələr tapılıb. Polisin bir bank şöbəsində hesablatdırması zamanı cəmi 169 min 280 lirə olduğu müəyyənləşib. Həmin məbləğ N.A-nın bank hesabına yatırılıb.
Qeyd edək ki, üç il əvvəl arvadını itirən yaşlı kişinin təqaüdə çıxdığı və qırıntılar sataraq dolandığı  bildirilib.