Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”

ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden Rusiyanı seçkilərə müdaxilədə ittiham edib və bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə bu ölkəni ağır nəticələr gözləyir.

C. Bayden bu barədə NBC telekanalına verdiyi müsahibədə söyləyib.
“Əgər mən qalib gəlsəm, suverenliyimizə müdaxilə edildiyi üçün bunun ağır nəticələri olacaq”, - deyə C. Bayden bildirib.

Qeyd edək ki, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi 2016-ci ildən gündəmdədir.