Keçmiş əri tərəfindən bıçaqlandı

Sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Zülfiyyə Məsimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Bu barədə Gədəbəy rayon prokurorluğu məlumat yayıb.Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində zərərçəkmişin keçmiş əri Rasim Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişədən sonra bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Zülfiyyə Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.