Azərbaycanda ümumilikdə 39895 nəfər COVID-19-a yoluxub, 585 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 39895 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, onlardan 37523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib, aktiv xəstə sayı 1787 nəfərdir.