“Whats App”da mesajlar avtomatik silinəcək

Populyar "WhatsApp" messencerinin yaradıcıları "Expiring Media" adlı yeni funksiyanın tətbiqi üzərində işləyirlər. Proqramın beta-versiyası artıq "Android" platformasında əlçatandır.
Lent.az "ICTnews"a istinadən xəbər verir ki, messencerin əsas vəzifəsi ani mətn mesajları, həmçinin media faylların göndərilməsidir. Hazırda göndərilmiş mediakontent həmsöhbətin qurğusunda qeyri-məhdud müddətə saxlanılır. "Expiring Media" funksiyası avtomatik silinmə xüsusiyyətinə malik foto və video göndərmək imkanı əlavə edir, yəni həmsöhbət çatı tərk edən kimi mesaj avtomatik silinəcək.