Azərbaycan Həkimləri İctimai Birliyi dövlətimizin və Milli Ordumuzun yanındadır - BƏYANAT

Azərbaycan Həkimləri İctimai Birliyi (AHİB) müqəddəs vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun yanında olduğunu bəyan edir.
Azərbaycan Həkimləri İctimai Birliyinin bəyənatında bildirilib.
“Birlik çoxsaylı üzvləri ilə döyüş zonaları yaxınlığındakı hərbi hospitallarda və tibbi evakuasiyanın bütün mərhələlərində yaralı əsgər və zabitlərimizə hər türlü yardım göstərməyə hər an hazır olduğunu bildirir. Allah vətənimizi, dövlətimizi və millətimizi qorusun!”, - bəyanatda qeyd edilib.