"Xarici ölkələrin müvafiq qurumları məlumatlandırılıb" - Ceyhun Bayramov

“Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan atəşkəs rejimini növbəti dəfə pozub, hərbçilərimiz və mülki şəxslər arasında həlak olan və yaralananlar olub ”.
APA-nın məlumatına görə, bunu bu gün keçirlən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, Azərbaycan Ordusu əks-həmlə tədbirləri görüb: “Xarici İşlər Nazirliyi məsələ ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırıb”.