İranda 10 min şagird koronavirusa yoluxub

İranda indiyə qədər 10 min şagird yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin müavini İrəc Hərirçi deyib.
Onun sözlərinə görə, koronovirusla bağlı “qırmızı zona”ya daxil olan şəhərlərin sayı 50% artıb və vəziyyət getdikcə daha da çətinləşir.
Nazir müavini son yeddi ayda təxminən 10 min şagirdin koronavirusa yoluxduğunu bildirib.
İ. Həririçi qeyd edib ki, İranda koronavirusa yoluxan şagirdlərdən 100-200 nəfər həyatını itirib.