Keçmiş batalyon komandiri: “Düşmən panika içindədir, geri çəkilir!”

“Dinc sakinlərə açılan atəş dayanmasa, aviasiya vasitələri ilə Xankəndini yerlə-yeksan etmək lazımdır”

“3-5 günə tarixi qələbəyə sevinəcəyik, düşmən ağ bayraq qaldıracaq”


Son günlər bütün Azərbaycanın, hətta xaricdəki soydaşlarımızın da ürəyi vətən eşqi ilə döyünür. İndi heç kim Dağlıq Qarababağın taleyindən, postlardakı hərbçilərimizin təhlükəsizliyindən savayı heç nə düşünmür. Vallah, heç koronavirus da yada düşmür...

 İndi ən böyük arzumuz ən böyük həsrətimizə son qoymaq- 30 illik ayrılığı bitirməkdir. Nəhayət, Dağlıq Qarabağa qovuşacağımıza heç vaxt bu qədər ümidli olmamışıq. Tarixi qələbə yaxındır. Heç vaxt olmadığı qədər yaxın...



 Ehtiyatda olan mayor Pənah Məmmədov “Sherg.az”a ordumuzun fəaliyyətindən razı qaldığını deyib: “Hazırda Tərtərdəyəm. Əminliklə deyə bilərəm ki, ordumuz çox mütəşəkkil təşkil olunub.

Polislərin işi də çox yaxşıdır. Əməliyyatlar dəqiqəbədəqiqə gedir. Düzdür, bizi səngərə girməyə qoymurlar. Amma gənclərlə görüşür, əsgərlərimizə məsləhətlər verir, təcrübəmizi bölüşür, hərbi-vətənpərpərlik ruhunun daha da artmasına çalışırıq. Yəni öz yerimizdəyik. Ordu da canla-başla işini görür. Düşmən isə zəiflik göstərir.

Ermənilər əsgərlərimiz qarşısında o qədər acizdirlər ki, mülki əhalini hədəf alırlar. Mən dünən düşmən əsgərlərinin tanklarını arxa cəbhəyə çəkdiklərini, geri qaçdıqlarını gözlərimlə gördüm. Onlar panika içindədirlər”.

P.Məmmədov ermənilərin mülki əhaliyə atəş açmalarının qarşısını kəsməyin yolunu da göstərdi: 

“Mən batalyon komandiri, II qrup Qarabağ əlili kimi deyirəm, əgər bu gün dinc sakinlərə açılan atəş dayanmasa, aviasiya vasitələri ilə Xankəndini yerlə-yeksan etmək lazımdır. Onlar elə bilirlər ki, silahlarını mülki əhaliyə tuşlamaqla danışıqlara nail ola bilərlər. Amma bu, belə deyil. Qələbə bizimlədir.
Azərbaycan xalqına demək istəyirəm ki, səbrli olsun. 3-5 günə tarixi qələbəyə sevinəcəyik, düşmən ağ bayraq qaldıracaq. Biz son sərhəddimizi bərpa etməyənəcən danışıqlardan söhbət gedə bilməz”.