Fransa XİN: Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Rusiya və ABŞ-la təmasdayıq

Fransa Ermənistanla Azərbaycan arasında dialoqu bərpa etmək üçün mümkün olan hər şeyi edir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilib.
“Fransa Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Rusiya Federasiyası və ABŞ-la təmasdadır. Paris Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını ən vacib prioritet hesab edir”, - deyə qeyd olunub.