İspaniya XİN başçısı Azərbaycan və Ermənistanı dialoqu bərpa etməyə çağırıb

İspaniya Xarici İşlər naziri Arança Qonzalez Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların artmasından narahatlığını bildirib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Xarici İşlər naziri mətbuat brifinqində deyib.
Arança Qonzalez tərəfləri atəşkəsi bərpa etməyə və ATƏT-in himayəsi altında dialoqu bərpa etməyə çağırıb.