Komendant saatı tətbiq olunan bölgələrdə ictimai nəqliyyat belə işləyəcək

Komendant saatı tətbiq olunan şəhər və rayonlarda icitmai nəqliyyatın hərəkət qrafiki ilə dəyişikliklər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "Sherg.az"a verilən məlumata görə, sentyabrın 28-dən hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək.

Bir daha vurğulamaq istərdik ki, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək. Vətəndaşlardan xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər!