Ermənistanda kişilərin ölkəni tərk etməsi qadağan edildi

Ermənistanda 18-55 yaş arası kişilərin ölkəni tərk etməsinə məhdudiyyətlər tətbiq edilib.

“Sputnik” agentliyi bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin yaydığı məlumata əsasən xəbər verib.

“Ermənistanda 18 - 55 yaş arası kişilər ölkəni yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə tərk edə bilərlər”, - komitənin yaydığı bəyanatda qeyd olunur.