İranın İsfahan əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanların episentri İsfahan əyalətinin Vənək bölgəsində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.