Türkiyəli parlamentari Qarabağla bağlı ATƏT-in Minsk qrupunun buraxılmasına çağırır

Türkiyə Dağlıq Qarabağdakı vəziyyətin həlli mexanizminə daxil edilməlidir, bu, ATƏT-in Minsk qrupunun hazırkı tərkibindən daha faydalı olardı.
Bunu Türkiyə parlamentinin millət vəkili Öztürk Yılmaz “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu heç bir funksiya yerinə yetirmir və ləğv edilməlidir.
“ATƏT-in Minsk qrupunu hansı mexanizm əvəz edə bilər - bunun müzakirə edilməsinə dəyər. Ancaq Türkiyənin iştirakı ilə istənilən mexanizm Türkiyəsiz bir mexanizmdən daha faydalı olardı”, - deyə o, sözlərini yekunlaşdırıb.