Ermənilərin Azərbaycan ordusunun Vardanesdəki hərbi hissəsini atəşə tutması ilə bağlı yaydığı məlumat yalandır

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Vardanes rayonu ərazisində yerləşən hərbi hissəni atəşə tutması ilə bağlı Ermənistanın Müdafiə Nazirliyinin yaydığı informasiya tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri həmin ərazidən Azərbaycan mövqelərini atəşə tutur.