MN: “Ordumuzun Füzuli şəhərinin işğal altından azad olunması istiqamətində hücumu davam edir”

Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan hərbi təbliğat maşını informasiya məkanında geniş miqyaslı təxribata başlayıb.
"Sherg.az"ın müxbiri xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, hər zaman olduğu kimi bu gün də ermənilər əvvəlki döyüşlərdə çəkilən köhnə videomaterialları öz əhalisinə yeni kimi təqdim edir:

“Burada məqsəd öz uğursuzluğunu əhalisinə uğur kimi təqdim etməkdir. Onu da qeyd edim ki, səhər saatlarından etibarən Füzuli şəhərinin işğal altından azad olunması istiqamətində Azərbaycan Ordusunun hücum əməliyyatı davam edir. Qələbə bizimlədir”.