Arif Babayev insult keçirdi

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev insult keçirib.
“Ölkə.Az”ın məlumatına görə, sənətkar bir neçə gün öncə insult keçirib və təcili tibbi yardımla şəhər xəstəxanalarının birinə yerləşdirilib. 
Həkimlərin müdaxiləsindən sonra Xalq artistinin vəziyyəti stabilləşib.