Angela Merkel Ermənistan və Azərbaycanı atəşkəsi bərpa etməyə çağırdı

Almaniya kansleri Angela Merkel Ermənistan və Azərbaycanı atəşkəsi bərpa etməyə və danışıqlar masasına dönməyə çağırıb.
APA-nın xəbərinə görə, bu barədə hökumət kabinetinin rəsmi saytında məlumat verilib.
“Kansler Angela Merkel dünən Ermənistanın Baş naziri Nikol Paşinyanla, bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Danışıqlar zamanı Azərbaycanla Ermənistan arasındakı münaqişənin gərginləşməsi müzakirə olunub. Kansler dərhal atəşkəsin təmin edilməsi və danışıqlar masasına qayıtmağın vacibliyini vurğulayıb. ATƏT-in Minsk Qrupu bunun üçün uyğun bir platforma təklif edir. Qonşu ölkələr münaqişənin sülh yolu ilə həllinə töhfə verməlidir”, - qeyd olunub.