Türkiyə və Almaniya XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun almaniyalı həmkarı Hayko Maas arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı nazirlər Dağlıq Qarabağ və Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı müzakirələr aparıblar.