Prezidentin köməkçisi dünyanın aparıcı KİV-i üçün brifinq keçirib

Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı KİV-i - Wall Street Journal, Reuters, Voice of America, New York Times, CNN International, Politico, Deutsche Well, El Pais, El Periodico, ORF, Bloomberg və Journo videoformatda brifinq keçirib.
"Sherg.az"ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə danışan H.Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu bildirib.

Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi indiyədək 2-si azyaşlı olmaqla, 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd etmişdir.

H.Hacıyev ordumuzun əsas məqsədinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ələlxüsus ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi olduğunu qeyd edib.

Sonda H.Hacıyev jurnalistlərin suallarını cavablandıraraq və onları Azərbaycana dəvət edib.