Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində sentyabrın 28-nə COVİD-19-la bağlı vəziyyəti açıqlayıb.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, sentyabrın 28-də 15 şagirdin və 1 işçi heyətinin hərarəti 37 dərəcədən yuxarı olub.
Son bir gündə 10 şagird və 1 işçi heyəti koronavirusa yoluxub.
Daha 7 sinif distant təhsilə keçirilib. Ümumilikdə distant təhsilə keçirilmiş siniflərin sayı 19, məktəblərin sayı 1-dir.