Ukraynadan Azərbaycan Prezidentinə məktub: "Sizin əmrinizi gözləyirik" 


Ukrayna vətəndaşı Qorovaya Natalya Vasilyevna Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

"Sherg.az"ın məlumatına görə, Kropivnitskiy şəhərinin sakini olan N. Qorovaya məktubunda yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan. Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir.

Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.