“Həmvətənlərimiz cəbhəyə göndərilməsi xahişi ilə səfirliyə müraciət edir”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkə vətəndaşlarının cəbhəyə göndərilməsi xahişi ilə çoxsaylı müraciətləri ilə barədə məlumat verib.
“Bu günlərdə Rusiyada yaşayan azərbaycanlılardan cəbhəyə göndərilmələri xahişi ilə səfirliyə çox sayda müraciət var. Bunlar döyüşə getmək istəyən vətənpərvər insanlardır”, - deyə P.Bülbüloğlu “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.

“Biz onlara çox təşəkkür edirik, hisslərinizə hörmətlə yanaşırıq, lakin bu gün ordumuzun buna ehtiyacı yoxdur. Ordumuz tam təchiz və təmin olunub, bizim ən müasir silahlarımız var”, - deyə o, bildirib.