ATƏT-in Daimi Şurasının Qarabağdakı gərgin vəziyyətlə bağlı xüsusi iclası keçiriləcək


ATƏT-in Daimi Şurasının Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin vəziyyətlə bağlı bu gün xüsusi iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Dağlıq Qarabağ münaqişəsi kontekstində son vəziyyət müzakirə olunacaq.

İclasda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək və o, Daimi Şuranı son vəziyyətlə bağlı məlumatlandıracaq.

Xüsusi iclas Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.