“Ermənistanın təcavüzkar mövqeyi Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır”

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan- Ermənistan cəbhəsindəki gərginliyə münasibət bildirib.
Bu barədə “Twitter” hesabından paylaşım edən Altun Ermənistanı sərt tənqid edib:
“Hörmətli Prezidentimizin rəhbərliyi altında dövlətimiz qətiyyətlə dost və qardaş ölkə Azərbaycanın tərəfindədir.
Ermənistanın təcavüzkar mövqeyi Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır. Dünya ictimaiyyəti yaxşı bilməlidir ki, Azərbaycanın məqsədi cəbhə xəttində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal olunmuş ərazilərini qaytarmaqdır”.
O qeyd edib ki, bu günə qədər Ermənistanın hücumları nəticəsində həyatını itirən azərbaycanlı şəhidlərə, onların yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralanan Azərbaycan vətəndaşlarına Allahdan şəfa diləyirik.