Rusiya XİN-də Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə görüş keçirilir

Rusiya Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə planlı görüş keçirilir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, görüşün yekunları ilə bağlı kütləvi informasiya vasitələrinə müvafiq məlumat veriləcək.