Düşmənin atəşi nəticəsində daha bir mülki şəxs həlak oldu

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib.
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayış evinə düşüb. Nəticədə ev sahibəsi Aynur Mehdiyeva itirib.